• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"İlk oğlum 10 həftəlik olarkən qollarımda öldü" - İlon Mask

DÜNYA

11 Fevral 2022 | 18:24 | Müəllif: Subhan Mahmudov

"İlk oğlum 10 həftəlik olarkən qollarımda öldü" - İlon Mask

Dünyanın ən varlı insanları siyahısında yer alan, "Tesla" və "SpaceX"in sahibi İlon Maskın şəxsi həyatı ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Bakıvaxtı.az axşam.az-a istinadən bildirir ki, iş adamının elektron yazışmaları ifşa edilib. 2018-ci ildə Teslanın qəzaya düşməsi nəticəsində övladını (red. - 18 yaşlı sürücü Barrett Riley) itirən ailə ilə yazışan İlon ilk övladını - Castin Uilsondan olan Nevada Aleksandr Maskı 10 həftəlik olarkən itirdiyindən danışıb:

"Uşağını itirməkdən daha pis bir şey yoxdur. Birinci oğlum 10 həftəlik olarkən qollarımda öldü. Mən onun ürək döyüntülərini hiss etdim".

Qeyd edək ki, 2018-ci ildə Barrett Florida ştatında saatda təxminən 116 mil sürətlə gedən "Tesla Model S"də idarəetməni itirərək beton divara çırpılaraq həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026