Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
Bakıvaxtı.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından açıqlama verilib.
Məlumata görə, İstanbulda baş tutan görüş media üçün qapalı keçirilib.
Bununla belə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlərin, o cümlədən geosiyasi proseslərin və Rusiya-Ukrayna böhranının müzakirə olunduğu bildirilib.
***
13:22
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiryakos Miçotakisi qəbul edəcək.
Bakıvaxtı.az Anadolu agentliyinə istinadən bildirir ki, qəbul zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.
Rəsmi Ankara bildirir ki, bu gün baş tutacaq görüşdə ikitərəfli münasibətlərlə bağlı məsələlərin, eləcə də cari geosiyasi hadisələrin, regional və beynəlxalq məsələlərin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin qiymətləndirilməsi nəzərdə tutulur.
















