• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“İngilislər Buçada xüsusi əməliyyat keçiriblər” - Lukaşenkodan faciə barədə İDDİA

DÜNYA

12 Aprel 2022 | 16:50 | Müəllif: Qalib İbrahimoğlu

“İngilislər Buçada xüsusi əməliyyat keçiriblər” - Lukaşenkodan faciə barədə İDDİA

“İngilislər Buçada xüsusi əməliyyat, psixoloji əməliyyat keçiriblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra brifinqdə söyləyib.

Onun sözlərinə görə, bu “xüsusi əməliyyat”da iştirak edənlərin avtomobil nömrələri, onların markalarını Rusiyanın Federal Təhlükəsizlik Xidməti təqdim edə bilər.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb (report). Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026