• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Koronavirusdan ölənlərə görə bayraqlar endiriləcək - ABŞ-da

DÜNYA

12 May 2022 | 14:15

Koronavirusdan ölənlərə görə bayraqlar endiriləcək - ABŞ-da

ABŞ-da yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 1 milyonu ötüb.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Qeyd olunub ki, Prezident Co Bayden xəstəlikdən vəfat edənlərin xatirəsinin yad edilməsi məqsədi ilə cümə axşamı günü ölkədə bayraqların yarıyadək endirilməsi ilə bağlı qərar imzalayıb.

Co Baydenin günün sonunda qlobal COVID-19 sammitində videomüraciət formatında çıxışı gözlənilir.

Qeyd edək ki, 330 milyon nəfər əhalisi olan ABŞ-da COVID-19 virusuna 80 milyon yoluxma halı təsdiqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026