• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın Estoniyadakı səfiri XİN-ə çağırıldı

DÜNYA

11 Iyun 2022 | 13:46 | Müəllif: Subhan Mahmudov

Rusiyanın Estoniyadakı səfiri XİN-ə çağırıldı

Rusiya səfiri Vladimir Lipayev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya Prezidenti Vladimir Putinin ölkənin Narva şəhəri ilə bağlı fikirləri olub.

“Səfirlə görüşən dövlət katibinin müavini Reyn Tammsaar Prezident Putinin bəyanatından, o cümlədən Estoniyanın Narva şəhəri ilə bağlı şərhindən təəssüfləndiyini bildirib”, - deyə XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, ötən gün I Pyotrun hərbi kampaniyalarından danışan Rusiyanın dövlət başçısı odövrkü hadisələrlə Ukraynadakı müharibə ilə paralellər aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026