• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avstraliya Fransaya 830 milyon təzminat ödəyəcək

DÜNYA

11 Iyun 2022 | 13:07 | Müəllif: Subhan Mahmudov

Avstraliya Fransaya 830 milyon təzminat ödəyəcək

Avstraliya sualtı qayıqların inşası barədə razılığın ləğvinə görə Fransanın “Naval” şirkətinə 830 milyon Avstraliya dolları dəyərində təzminat ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstraliyanın yeni Baş naziri Entoni Albanese deyib.

Albanese bildirib ki, layihənin keçmiş Morrison hökuməti tərəfindən idarə edilməsi Avstraliya və Fransa arasındakı münasibətlərdə böyük gərginliyə səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə əldə olunan razılaşmaya əsasən, Fransa korporasiyası Avstraliya üçün 12 sualtı qayıq inşa etməli idi. Yeni sualtı qayıqların təqribən 50 milyard Avstraliya dollarına (40 milyard ABŞ dolları) başa gələcəyi nəzərdə tutulurdu. Bu, Avstraliya tarixində ən böyük müdafiə sifarişi idi.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026