• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Kim Çen In ilk dəfə tibbi maskada görüntüləndi - VİDEO

DÜNYA

12 May 2022 | 16:32

Kim Çen In ilk dəfə tibbi maskada görüntüləndi - VİDEO

Şimali Koreya lideri Kim Çen In ilk dəfə tibbi maskada görüntülənib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntüləri Şimali Koreyanın mərkəzi televiziyası yayıb.

Belə ki, televiziya İşçi Partiyasının Mərkəzi Komitəsinin Siyasi bürosunun mayın 12-si keçirilən iclasından kadrlar yayıb. Sözügedən kadrlardan isə Şimali Koreya liderinin və digər iclas iştirakçılarının qoruyucu tibbi maska taxmasını görmək mümkündür.

Bildirilir ki, buna baxmayaraq, Kim Çen In çıxış edərkən maskasını çıxararaq masanın üzərinə qoyub.

Xatırladaq ki, Şimali Koreyada koronavirusa ilk yoluxma halı qeydə alınıb. Ölkə COVID-19 pandemiyasının başlamasından bu günə qədər koronavirusa yoluxan şəxslərin olmadığını bəyan edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026