• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zavodda PARTLAYIŞ - Yaralılar var

DÜNYA

12 May 2022 | 13:54

Zavodda PARTLAYIŞ - Yaralılar var

Sloveniyada kimya zavodunda partlayış olub, yaralılar var.

Bakıvaxtı.az "Washington Post"a istinadən xəbər verir ki, Sloveniyanın cənub-şərqində Kocevje şəhərində kimya zavodunda baş verən partlayış və yanğın nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
Ərazi yaxınlığında yaşayan vətəndaşlara evlərində qalmaq barədə xəbərdarlıq olunub.

Bildirilib ki, partlayış nəticəsində iki nəfər ağır yanıq xəsarətləri alıb və onlar paytaxt xəstəxanasına göndəriliblər. Partlayış nəticəsində iki nəfər itkin düşüb. Melamin zavodunun 200 nəfər işçisi olduğu bildirilib.

Yerli sakinlər isə deyiblər ki, partlayış nəticəsində silkələnmə geniş ərazidə hiss olunub. 8000 əhalisi olan şəhər paytaxt Lyublyananın 55 kilomet cənub-şərqinə yerləşir.

Partlayışın səbəbi məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026