• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukrayna Rusiya ordusunun canlı itkisinin sayını açıqladı

DÜNYA

13 Mart 2022 | 17:04

Ukrayna Rusiya ordusunun canlı itkisinin sayını açıqladı

Martın 13-ə olan məlumata görə, Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib. "Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026