Prostat vəzinin böyüməsi səbəbiylə bir müddət əvvəl xəstəxanada müalicə olunub evə buraxılan İngiltərə kralı III Çarlzın xərçəng xəstəliyinə tutulub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər veirir ki, bu barədə Bukingem Sarayından verilən açıqlamada bildirilir.
Qeyd olunub ki, Kral Çarlzda xoşxassəli prostat hiperplazisi səbəbiylə son dəfə xəstəxanaya getməsindən sonra edilən testlərdə bir xərçəng növü aşkar edilib. Xərçəngin hansı növü olduğu barədə ətraflı məlumat verilməsə də, bunun prostat xərçəngi olmadığı vurğulanıb.
75 yaşlı Kral Çarlzın müntəzəm müalicəyə başladığı və həkimlərin ona bu müddət ərzində dövlət vəzifələrini təxirə salmağı tövsiyə etdiyi açıqlanıb. Açıqlamada kralın fərziyyələrin qarşısını almaq üçün xərçəng diaqnozunu ictimaiyyətlə paylaşdığı da qeyd edilib.
Xatırladaq ki, anası Kraliça II Elizabetin ölümündən sonra 73 yaşında taxta çıxan, 74 yaşında tac taxan Çarlz ən uzun müddət hakimiyyətdə olan vəliəhd şahzadə və ən yaşlı İngiltərə kralı tituluna sahibdir.
Ay Tac
















