İran məxməri çevrilişlər ölkəsi deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığında deyib.
H.Əmirabdullahiyan bildirib ki, Amerika tərəfinin bəzi ziddiyyətli media bəyanatlarına baxmayaraq, hazırda razılıq əldə etmək üçün atılan addımları düzgün hesab edirik. Bu baxımdan biz Beynəlxalq Atom Enerjisi Agentliyinin texniki istiqamətdə əməkdaşlığını alqışlayırıq.
İran İslam Respublikası güclü xalq dəstəyinə malikdir deyən H.Əmirabdullahiyan bildirib ki, bura məxmər və ya rəngli çevrilişlər diyarı deyil. İran regionda sabitlik və təhlükəsizliyin mənbəyidir.
C. Borel İran və ABŞ arasında məhbusların mübadiləsinə dair razılaşma mühüm məsələdir və biz bunu razılığa gəlmək üçün irəliyə doğru addım hesab edirik.
"Biz İranın daxili işlərinə qarışmaq fikrində deyilik", - deyə bildirib. /APA
















