• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dünyanın gözü "Tanrılar adası"nda

DÜNYA

14 Noyabr 2022 | 10:13

Dünyanın gözü "Tanrılar adası"nda

"Tanrılar adası" kimi tanınan Bali "G-20" Sammitində dünya liderlərini qəbul edəcək. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən güclü dövlətlərinin prezidentləri İndoneziyanın dünyaca məşhur tətil adası Balidə görüşəzəck, Sammit Rusiya prezidenti Vladimir Putin, Meksika və Braziliya liderlərinin iştirakı olmadan keçiriləcək.

"G-20"yə üzv olan 17 ölkənin liderləri qlobal böhranların həlli yollarını axtarmaq üçün bir masa ətrafında oturacaqlar. Adada 20 ölkədən nümayəndələr, həmçinin BMT və FİFA kimi beynəlxalq təşkilatların nümayəndələri olacaq.

20 il əvvəl 202 nəfərin ölümü ilə nəticələnən bombalı hücumlarla sarsılan adada sıx təhlükəsizlik tədbirləri görülüb. Hazırlıqlara yerində nəzarət edən İndoneziya prezidenti Coko Vidodo hər şeyi ən xırda detallarına qədər öyrəndiyini deyərək, qonaqları qarşılamağa hazır olduqlarını vurğulayıb.

Qonaqların təhlükəsizliyi üçün 18 min əsgər və polis cəlb edilib. Ordu 12 döyüş gəmisi və 13 helikopterlə adanı hər an təqib edəcək. Bundan əlavə, ikisi F-16 olmaqla dörd döyüş təyyarəsi və bir Boeing kəşfiyyat təyyarəsi dayanmadan fəaliyyət göstərəcək. Həmçinin təxliyyə tələb olunan tibbi təcili yardım zamanı hərbi yük təyyarəsi hazır vəziyyətdə saxlanılacaq. Görüşlərin keçiriləcəyi və qonaqların qalacağı 24 otel 1700 təhlükəsizlik kamerası ilə izləniləcək. Digər tərəfdən, İndoneziya rəsmiləri də Çin və ABŞ nümayəndə heyətləri ilə xüsusi kəşfiyyat məlumatlarını paylaşdıqlarını açıqlayıblar.

Səlahiyyətlilər həmçinin sammit üçün sunami təhlükəsi ilə bağlı xüsusi tədbirlər görüblər. Təkcə təbii fəlakət zamanı evakuasiyanı əlaqələndirmək üçün 1500 nəfər təyin edilib.

Bundan əlavə, ordu belə vəziyyətlərdə istifadə oluna biləcək xilasetmə maşınları hazırlayıb.

Bali vulkanik hərəkətlərin intensiv olduğu "Od halqası"nda yerləşir. 2004-cü ildə baş verən zəlzələ təkcə İndoneziyada 170 min insanın ölümünə səbəb olan sunamiyə səbəb olmuşdu.

Bali səlahiyyətliləri sammit zamanı dini və ənənəvi mərasimlər də daxil olmaqla bütün toplantıları qadağan edib. Müxtəlif tanrılara həsr olunmuş çoxlu məbədlərə ev sahibliyi etdiyi üçün "Tanrılar adası" da adlandırılan Balidə dinin gündəlik həyatda mühüm yeri var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR