İranın cənubunda güclü yağış və daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bakıvaxtı.az-ın APA-ya istinadla veridiyi xəbərə görə, ötən 24 saat ərzində İranın Hörmüzqan, Fars və Sistan və Bəlucistan əyalətlərində güclü yağışlar daşqınlara səbəb olub.
Daşqınlar nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
















