• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya və Belarus birgə hərbi təlimlər keçirir

DÜNYA

02 Fevral 2022 | 13:48 | Müəllif: Subhan Mahmudov

Rusiya və Belarus birgə hərbi təlimlər keçirir

Rusiya və Belarus Silahlı Qüvvələri “Domanovski”, “Qojski”, “Obuz-Lesnovski”, “Brestski” və “Osipoviçski” hərbi məktəblərində keçirilən “Birlik qətiyyəti - 2022” birgə təlimini keçirir.

Bakıvaxtı.az xəbər verir  ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

“Hərbi məktəblərdə keçirilən təlimlərin döyüş uzlaşması mərhələsində müdafiənin təmin edilməsi və qanunsuz silahlı birləşmələrə qarşı mübarizə məsələləri üzərində iş aparılır”, - deyə nazirliyin saytında bildirilir.

Hərbi təlimlər iki mərhələdə keçiriləcək. Fevralın 2-9-da bölmələr yerdəyişmə, hərbi dəstələr yaratmaq, mühüm dövlət və hərbi obyektlərin mühafizəsi və müdafiəsini təşkil edəcək. Həmçinin Belarusda mühüm obyektləri əhatə etmək üçün hava hücumundan müdafiə hazırlığının yoxlanılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026