• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

DÜNYA

02 Fevral 2022 | 12:09 | Müəllif: Subhan Mahmudov

“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən "Arman Dikiy" kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.

Müdafiə tərəfləri "Arman Dikiy"in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.

Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.

Xatırladaq ki, "Arman Dikiy" yanvarın 7-si Almatı şəhərində saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026