• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukraynada AES-də YANĞIN - VİDEO

DÜNYA

04 Mart 2022 | 08:28 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada AES-də YANĞIN - VİDEO

Zaporojye AES-in təlim-tədris korpusunda yanğın olub.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə,  yanğın saat 05.55-də (Bakı vaxtı ilə 07.55) Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə qeydə alınıb.

Yanğın söndürülüb, ölən və xəsarət alan yoxdur.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski yanğınla bağlı Avropa liderlərinə müraciət edib. "Telegram" kanalında yerləşdirilən müraciətdə deyilir:

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.

Ukrayna Prezidenti hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR