• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ-da yeni atom sualtı qayığı istismara verilib

DÜNYA

03 Aprel 2022 | 00:05 | Müəllif: Subhan Mahmudov

ABŞ-da yeni atom sualtı qayığı istismara verilib

ABŞ prezidenti Co Bayden "Virciniya" sinifli yeni "USS Delaware" nüvə sualtı qayığının istismara verilməsi mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Bayden sualtı qayığın inşasındaiştirakı olanlara təşəkkür edib. Məlumata görə, sualtı qayıq torpedalarla təchiz olunub və "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün konfiqurasiya edilib. Okeanda və sahildə geniş spektrli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan sualtı qayıq ABŞ-ın Delaver ştatının adını daşıyan HDQ-nin yeddinci qayığıdır.

Onun tikintisinə 2013-cü ildə başlanılıb. Gəmi "Seawolf" sinifli hücum sualtı qayıqlarına daha ucuz alternativ kimi nəzərdə tutulub və köhnə "Los-Anceles" sinifli qayıqları əvəz edəcək.(trend)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026