İşğal olunmuş ərazilərdə rus ordusu süni surətdə humanitar və iqtisadi böhranlar yaradır və daha da dərinləşdirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində məlumat verilib.
“Qəsəbələrdə dərman qıtlığı var, ərzaq mağazalarının çeşidi məhduddur, bank müəssisələri fəaliyyət göstərmir”, - məlumatda bildirilib.
Həmçinin qeyd olunur ki, düşmən Ukraynada mülki infrastrukturu məhv etməkdə davam edir. O, Nikolayev şəhərinin yaşayış məntəqələrini, həmçinin Dnepropetrovsk, Zaporojye, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrini raket-bomba zərbələri ilə endirir və atəşə tutur.
















