ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin regiona səfər etmələrinə baxmayaraq, hazırda ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılmır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
"Bizim məqsədimiz səfirliyi yenidən açmaq, diplomatlarımızı ora qaytarmaqdır", - deyə o qeyd edib.
Psaki Baydenin Ukraynaya səfər etmək istədiyini, lakin "hələlik heç bir planın olmadığını" deyib.(modern.az)
Ağ Evin bildirdiyinə görə, Bayden bu həftə sonu spiker Pelosinin başçılıq etdiyi Ukraynaya səfər edən konqres nümayəndə heyətinin üzvləri ilə danışıb.
















