• Bakı 22° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bayden bu reklamları qadağan etmək istəyir

DÜNYA

04 Mart 2022 | 03:32 | Müəllif: Qalib İbrahimoğlu

Bayden bu reklamları qadağan etmək istəyir

ABŞ prezidenti  Co Bayden ABŞ Konqresinə müraciəti çərçivəsində Facebook, TikTok və digər sosial şəbəkələrdə uşaqların təhlükəsizliklərinin yüksəldilməsinə hədəflənmiş yeni qanunların hazırlanmasını xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, Bayden aşağı yaş kateqoriyasına daxil olan istifadəçilərə hədəflənmiş targetinq reklamını qadağan və şirkətlərdən uşaqlar barəsində məlumatların yığılmasının dayandırmağı tələb etməyin lazımlığını vurğulayıb. Onun fikrincə, məşhur sosial şəbəkələr uşaqlara targetinq reklamını tətbiq edirlər. ABŞ Prezidentinin sözlərinə əsasən bu cür prosesi “uşaqlar üzərində təcrübə” adlandırmaq lazımdır.

Bayden şirkətlərə azyaşlı istifadəçilərin konfidensial məlumatlarını yüksək səviyyədə qorumaq və onlara targetinq edilmiş reklamları göstərməyi dayandırmaq göstərişini verib (technote.az). Prezident həmçinin qeyd edib ki, o, uşaqların sosial şəbəkələrdə təhlükəsizlikləri məsələsinin tədqiqatı ilə bağlı Ağ Evdən maliyyələşdirmə istəyəcək. Bundan əlavə olaraq o, sosial şəbəkələrin psixologiyaya təsirlərinin araşdırılması üçün gələn il dövlət büdcəsindən 5 milyon dollar vəsait ayıracaq. Bütün bu proseslərin əsas məqsədi uşaqların və yeniyetmələrin bu cür resurslardan istifadə təlimatının yaradılması olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026