Martın 3-dən Rusiya Federasiyasının paytaxtında idman, mədəniyyət və əyləncə sahəsində QR kodlar və məhdudiyyətlər ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.
Onun sözlərinə görə, qərar şəhərdə epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilib.
"Vətəndaşların artıq QR kodlara ehtiyacı yoxdur. İctimai iaşə obyektlərinə, teatrlara, muzeylərə, o cümlədən konsert, əyləncə, mədəni, əyləncə, maarifləndirici və idman tədbirlərinə girişlə bağlı məhdudiyyətlər aradan qaldırılır".
Bununla belə, ictimai yerlərdə və nəqliyyatda maska rejimi qüvvədə qalır, sosial məsafənin saxlanması tələbi saxlanılır.
















