Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub.
Bakıvaxtı.az İran mətbuatına istinadla xəbər verir ki, terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsinin əməkdaşı, bir mühafizəçi və iki polis ölüb.
Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.
Beş terrorçunun öldürüldüyü təsdiqlənib.
Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən tamamilə mühasirəyə alınıb.
***
05:04
İranın Çabəhar, Sərbaz və Rask şəhərlərində silahlılar polis bölməsinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, siilahlı şəxsləri Çabəhar şəhərində 12 saylı polis bölməsi də daxil olmaqla iki hərbi qərargaha hücum edib.
Silahlı hücumun İran hökumətinə müxalif "Ceyş-əl-Ədl" və "Ceyş-əzzülm" qruplaşmaları tərəfindən həyata keçirildiyi deyilir.
Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
















