• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Macarıstanın XİN başçısı Makronu tənqid edib

DÜNYA

04 May 2024 | 00:46 | Müəllif: Subhan Mahmudov

Macarıstanın XİN başçısı Makronu tənqid edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı bəyanatlarını tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın XİN başçısı LCI telekanalının efirində deyib.

“Biz bu bəyanatları təhdid hesab edirik və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq”, – Siyarto vurğulayıb.

Macarıstanın baş diplomatının sözlərinə görə, “münaqişənin eskalasiyası çox təhlükəli olardı”.

Onun fikrincə, Qərb silah tədarükündən sülh axtarışına keçməlidir.

“Ukraynaya yeni silah tədarükü, oraya qoşun göndərmək və ya nüvə silahından istifadə etməkdənsə, bu müharibəyə son qoymaq, atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır”, – o irəli sürüb.

Diplomata görə, “Ukraynada Avropa və ya Amerika qoşunlarının olması qırmızı xətti keçmək demək olardı”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026