• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Trampdan Ukrayna açıqlaması: Son nöqtəni qoyacam!

DÜNYA

02 Iyun 2024 | 19:53 | Müəllif: Subhan Mahmudov

Trampdan Ukrayna açıqlaması: Son nöqtəni qoyacam!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni həll etmək niyyətindədir və buna nail olmaq üçün konkret planı var.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.

"Bu münaqişəyə son qoymaq üçün mənim konkret planım var. Sizə təfərrüatı deyə bilmərəm, amma son nöqtəni qoyacam", - o qeyd edib

Xatırladaq ki, Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni bir gündə həll edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026