• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

DÜNYA

03 May 2024 | 22:24 | Müəllif: Subhan Mahmudov

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığında Gürcüstandakı son hadisələri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə avropalı siyasətçi sosial şəbəkədə bildirib.

“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələr müzakirə etdim və Aİ-nin öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini təsdiqlədim”, – Mişel yazıb.

Onun sözlərinə görə, “Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır” və ölkənin “həqiqi dialoqa ehtiyacı” var.

“Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, – Aİ Şurasının Prezidenti vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026