• Bakı 10° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İrandan narkotik keçirilməsinin qarşısı alınıb

HADİSƏ

20 Avqust 2024 | 14:46

İrandan narkotik keçirilməsinin qarşısı alınıb

Səkkiz kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, avqust ayının 15-də saat 00:50-də DSX-nın Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram olan narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

11 Aprel 2026