• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Trampın səhhəti ilə bağlı bəd xəbər

DÜNYA

12 Aprel 2026 | 09:39 | Müəllif: Əli Hüseynov

Trampın səhhəti ilə bağlı bəd xəbər

Amerikalı jurnalist Aleks Cons ABŞ prezidenti Donald Trampın demensiya xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözləri Teleqram kanalı UNIAN tərəfindən sitat gətirilib.

“Hər gün “Oh, biz qalib gəldik, bitdi. Xeyr, bu vəziyyət əbədi davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq” ifadələri eşidilir”, – deyə o bildirib.

Jurnalist əlavə edib ki, demensiyası olan insanlar məhz belə davranırlar.

Jurnalist Adam Qabbatt daha əvvəl Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqaləsində Trampın ictimaiyyət qarşısında çıxışları zamanı getdikcə qəribə davrandığını və bu da onun zehni qabiliyyətlərini şübhə altına aldığını yazmışdı.\\globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026