• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İraqdan ABŞ-yə NOTA

DÜNYA

03 Fevral 2024 | 16:25

İraqdan ABŞ-yə NOTA

İraq Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ölkə ərazisinə endirilən zərbələrə görə ona etiraz notası təqdim ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV İraq Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Amerikanın İraqın mülki və hərbi obyektlərinə qarşı təcavüzünə etiraz olaraq Xarici İşlər Nazirliyi ABŞ-nin Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilini rəsmi etiraz notası təqdim etmək üçün nazirliyə çağırır”, - məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026