• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənilərin 58%-i KTMT-dən çıxmağı dəstəkləmir - SORĞU

DÜNYA

04 Mart 2024 | 13:27

Ermənilərin 58%-i KTMT-dən çıxmağı dəstəkləmir - SORĞU

Ermənistanda respondentlərin 58 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün dondurulmasını ölkənin maraqlarına uyğun saymır.

Bakıvaxtı.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Gallup beynəlxalq sosioloji mərkəzinin Ermənistandakı ofisinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, rəyi soruşulanların 40,3 faizi Ermənistanın nə KTMT, nə də NATO-ya üzv olmasını istəmir. Onlar ölkəni tam neytral görmək arzusundadırlar. Rəyi soruşulanların 28 faizi KTMT-də fəaliyyəti davam etdirməyi, 22,5 faiz isə NATO sıralarına qoşulmağın daha doğru olduğunu açıqlayıb.

“Ermənistan-Rusiya münasibətlərinin kəsilməsi Ermənistanın və erməni xalqının strateji maraqlarına uyğundurmu” sualını respondentlər belə cavablandırıb - 23,2 faiz tam,13,9 faiz daha çox uyğun olduğunu, 16,1 faiz hələ, 42,8 faiz isə tamamilə uyğun olmadığını, 4,8 faiz də qərarsız olduqlarını söyləyiblər.

Qeyd edək ki, sorğu fevralın 26-28-də Ermənistanın 1100 vətəndaşı arasında keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026