• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çin ən yüksək həyəcan səviyyəsi ELAN ETDİ

DÜNYA

03 Aprel 2024 | 13:25 | Müəllif: Subhan Mahmudov

Çin ən yüksək həyəcan səviyyəsi ELAN ETDİ

Çin Xalq Respublikasının (ÇXR) Təbii Sərvətlər Nazirliyi Tayvanın Hualien şəhəri yaxınlığında baş verən güclü zəlzələdən sonra sunami ilə əlaqədar verilən qırmızı, ən yüksək həyəcan səviyyəsi eıan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlərin sunami xəbərdarlığı mərkəzi məlumat yayıb .

Qeyd edilib ki, zəlzələ onun episentri yaxınlığında yerli sunamiyə səbəb olub.

Çərşənbə günü səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Yerli vaxtla saat 07:58-də (Moskva vaxtı ilə 02:58) Hualien qraflığında qeydə alınan 7,7 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub. Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib. Onun sözlərinə görə, təkanlar bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrində hiss olunub.

Qeyd olunur ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026