• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sərnişin avtobusu aşdı - ölənlər və yaralılar var

DÜNYA

03 May 2024 | 09:14

Sərnişin avtobusu aşdı - ölənlər və yaralılar var

Türkiyənin Aksaray vilayətində avtobusun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bakıvaxtı.az ” “TRT” kanalına istinadən xəbər verir ki, bunu əyalətin valisi Mehmet Əli Kumbuzoğlu bildirib.

Onun sözlərinə görə, ölən və yaralananlar yerli vətəndaşlardır. Qəza yerli vaxtla 03:00 radələrində baş verib.

“Kilis şəhərindən İstanbula gedən sərnişin avtobusu Aksaray ərazisində idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, iki ölü və 34 yaralı var, onlardan altısının vəziyyəti ağırdır”.

Yaralılar yerli xəstəxanalara çatdırılıblar. Polis qəzanın başvermə səbəbini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026