Aprel ayının 1-də Ermənistanda müqaviləli hərbçi bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. İstintaq davam etdirilir.
KİV-in məlumatına görə, dava edənlər müqaviləli hərbçilər A.M və E.H. olublar. Onlar hərbi hissədə məişət məsələləri ilə bağlı mübahisə edib, daha sonra hərbi hissədən çıxaraq dava ediblər. Nəticədə A.M bıçaqlanıb.















