Ukrayna 2024-cü ilin birinci yarısında yenidən Krım körpüsünə hücum etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” nəşri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin adı açıqlanmayan rəsmisinə istinadən yazır .
“Biz bunu 2024-cü ilin birinci yarısında edəcəyik”.
Qeyd olunur ki, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun (Rusiya Federasiyasında terrorçular və ekstremistlər siyahısındadır) guya bu məqsədə çatmaq üçün çox vasitələri var.
Eyni zamanda, nəşr Ukraynanın bu cür qorunan obyektə hücumunun necə inkişaf edəcəyinə dair aydınlığın olmadığını bildirir.
Rusiyanın bölgədə hava hücumundan müdafiəni gücləndirərək körpünün qorunması üçün geniş tədbirlər gördüyü də etiraf edilir.
Mina Mikayılova
















