• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Köçəryan Ermənistandan bu ölkəyə qaçıb - İki aydan çoxdur ki...

DÜNYA

03 Aprel 2024 | 12:12 | Müəllif: Subhan Mahmudov

Köçəryan Ermənistandan bu ölkəyə qaçıb - İki aydan çoxdur ki...

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, onun komandadaxili prosesləri idarə etdiyini inkar etməyə çalışırlar. Amma reallıq budur ki, Köçəryan siyasətdən uzaqlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Köçəryan Ermənistanı da tərk edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilir ki, Köçəryan uzun müddətdir ki, Avropada - Almaniyadadır. O, bu ölkəyə yanvarın sonunda gedib.

Ehtimal olunur ki, onun Ermənistana qayıtmaq niyyəti yoxdur. Köçəryan həbs olunacağından qorxur və özü üçün təhlükəsiz ölkə axtarır ki, bunun da Almaniya olacağını güman edir./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR