Böyük Britaniyalı uşaq yemək qorxusundan ilyarımdır yemək yemir.
Bakıvaxtı.azbu barədə "Lenta.ru"ya istinadla xəbər verir.
Məlumata görə, Böyük Britaniyadan olan üç yaşlı uşaq yemək pozğunluğu səbəbindən qəflətən yeməyi dayandırıb.
Mersisayd ştatının Pensbi şəhərindən olan autizm spektri pozğunluğu (ASD) olan Oliver iki yaşında ikən yeməkdən imtina edib.
Oliver bütün yeməklərdən və qablardan qorxmağa başlayıb və onlara toxunmayıb.
Narahat olan valideynlər həkimə müraciət ediblər və müayinələr nəticəsində oğlana selektiv qidalanma pozğunluğu diaqnozu qoyublar.
Belə ki, bu tip yemək pozğunluğunda insan rəngi, ölçüsü, qoxusu, dadı, teksturası və ya keçmiş mənfi təcrübələrinə görə müəyyən qidalardan şüurlu şəkildə çəkinir.
Mina Mikayılova












jpg-1712130448.webp)


