• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İşə gedən həkimin üzərinə aqlay düşdü

HADİSƏ

08 Dekabr 2023 | 15:24

İşə gedən həkimin üzərinə aqlay düşdü

Gəncədə bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Əşrəf Əşrəfov küçədə piyada gedən zaman mağazalardan birinin fasadının aqlay örtüyü qoparaq üzərinə düşüb. Nəticədə Ə.Əşrəfov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerldirilib.

Ona sağ bazunun çıxığı, sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, Əşrəf Əşrəfov Gəncədə fəaliyət göstərən özəl xəstəxanaların birində həkim-terapevt işləyir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 May 2025