• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İskəndərun limanında yanğın başladı

DÜNYA

08 Fevral 2023 | 12:43

İskəndərun limanında yanğın başladı

Türkiyənin İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bakıvaxtı.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə vaxtaşırı partlayış səsləri eşidilir.

Yanğının söndürülməsinə Türkiyə Milli Müdafiə Nazirliyinin bölmələri cəlb edilib.

Xatırladaq ki, fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyənin İskəndərun limanında güclü yanğın baş verib. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb. Zəlzələ nəticəsində infrastrukturu zədələndiyindən hazırda limanın fəaliyyəti dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR