• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Tbilisidəki aksiyalarda 58 polis yaralanıb

DÜNYA

10 Mart 2023 | 12:14

Tbilisidəki aksiyalarda 58 polis yaralanıb

Gürcüstanın paytaxtı Tbilisidə 2 gün ərzində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 58 əməkdaşı xəsarət alıb.

Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadze açıqlayıb. 

Onun sözlərinə görə, DİN polis əməkdaşlarına qarşı hər bir zorakılıq halını araşdırır. 

Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb. Gürcüstan DİN isə aksiyalar zamanı saxlanılan bütün etirazçıların sərbəst buraxıldığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026