• Bakı 22° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İsrail müharibəni davam etdirməyə qərar verdi

DÜNYA

22 Aprel 2024 | 00:14 | Müəllif: Subhan Mahmudov

İsrail müharibəni davam etdirməyə qərar verdi

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi cənub istiqamətində “müharibənin davam etdirilməsi” planlarını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Halevi Cənub Komandanlığının qərargahında "vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək" üçün toplantı keçirib.

İclasda Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.

Bu görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.

Qeyd edək ki, bundan əvvəl amerikalı tərəfdaşlar dəfələrlə İsrailə Qəzza zolağının Misirlə sərhəddində yerləşən Rəfah şəhərindəki qaçqın düşərgəsində hərbi əməliyyat keçirməməsi barədə xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026