İsrail ordusu Misir sərhədinə yaxın Kərəm Əbu Səlim bölgəsində bir Misir nöqtəsinin səhvən hədəf alındığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü polkovnik-leytenant Riçard Heçt açıqlamasında bildirib.
"Qısa bir müddət əvvəl sərhədə yaxın Kerem Şalom (Kerem Abu Salim) bölgəsində İsrail ordusuna aid bir tank səhvən atəş açaraq Misir mövqeyini vurub",-deyə o qeyd edib.
Misir Ordusunun sözçüsü polkovnik Qarip Əbdülhafiz də məsələ ilə bağlı açıqlama verib: "Qəzza zolağında davam edən qarşıdurmalar zamanı, sərhədin əks xəttində İsrail tankından təsadüfən atılan top mərmisi, parçaları Misir sərhəd nəzarət qüllələrindən birinə dəyib".
Q.Əbdülhafiz qeyd edib edib ki, Misir sərhəd nəzarəti personalının yüngül yaralandığını və lazımi araşdırmaların davam etdirilir.
Xəyalə Rza
















