• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İsrail uzunmüddətli müharibəyə hazırlaşır - İDDİA

SİYASƏT

09 Sentyabr 2024 | 11:32

İsrail uzunmüddətli müharibəyə hazırlaşır - İDDİA

İsrail ordusu Qəzzada hərbi əməliyyatlarda “D” mərhələsinə keçəcək və girovların olmadığı bölgələrdə hücumlarını davam etdirəcək. 

Bakıvaxtı.az "Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, ABŞ-də vəzifəsini tərk etməsinə 4 ay qalmış prezident Co Bayden administrasiyası İsrail və HƏMAS arasında məhbus mübadiləsi, Qəzzada atəşkəs razılaşması əldə etmək üçün sonuncu dəfə bəxtini sınamağa hazırlaşır. Vaşinqton razılığa gəlməkdə nikbin olmasa da, vasitəçilərə təqdim etmək üçün Təl-Əvivlə yeni təklif üzərində işləyir. ABŞ-nin son fürsət olaraq xarakterizə etdiyi yeni təklifin qısa müddətdə tərəflərə göndərilməsi gözlənilir.

Ağ Evin tərəflərə "qəbul et ya da masanı tərk et" ultimatumu verməyi planlaşdırdığı yeni təklifin təfərrüatları ilə bağlı heç bir məlumat verilmir.

İsrail mətbuatı isə atəşkəs razılaşmasının mümkün olmadığını düşünən Təl-Əviv hökumətinin bölgədə gərgin və uzunmüddətli müharibəyə hazırlaşdığını bildirib. Belə ki, "Yedioth Ahronoth" qəzeti İsrailin baş naziri Netanyahunun üfüqdə razılaşma olmadığına inanaraq, bütün cəbhələrdə uzunmüddətli müharibə ehtimalına hazırlaşmaq üçün təhlükəsizlik toplantısı keçirdiyini yazıb. Ona görə də Livan cəbhəsində İsrail Hərbi Hava Qüvvələri Hizbullahla genişmiqyaslı qarşıdurmaya hazırlıq məqsədilə qrupun sursat infrastrukturunu hədəf almağa davam edəcək. Plan çərçivəsində işğal altındakı İordan çayının qərb sahilinə qarşı avqustun sonunda başlayan dağıdıcı əməliyyat davam etdiriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Dekabr 2024