• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görüldülər - FOTOLAR

CƏMİYYƏT

05 Iyun 2026 | 12:30

İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görüldülər - FOTOLAR

Səhiyyə Nazirliyində İsrailin Soroka Universiteti Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin direktoru Dr. Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin ölkəmizdə uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan-İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq və kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir.

Səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edərək təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Öz növbəsində, Dr. Mikki Gideon və Elana Cantor göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, Azərbaycan ilə İsrail arasında səhiyyə əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində səylərini davam etdirəcəklərini vurğulayıblar.

 


SON XƏBƏRLƏR

04 Iyun 2026