"Brayton" niderlandlı müdafiəçi Yan Pol van Hekke üçün "Tottenhem"in ilk transfer təklifini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, BBC-nin məlumatına əsasən, "Brayton" 26 yaşlı futbolçu üçün 80 milyon avrodan artıq təzminat tələb edir. Bu isə onun “Transfermarkt”da göstərilən 45 milyon avroluq bazar dəyərindən xeyli yüksəkdir.
Qeyd edək ki, əgər niderlandlı müdafiəçi "Tottenhem"ə keçərsə, o, "Brayton"dakı (2022-2024) sabiq baş məşqçisi Roberto De Zerbi ilə yenidən bir araya gələcək. Məhz italiyalı mütəxəssisin rəhbərliyi altında 2022-ci ildə debüt edən futbolçu onların birlikdə keçirdiyi ikinci mövsümdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilmişdi. O, De Zerbinin gedişindən sonra da komandadakı statusunu qoruyub saxlaya bilib./Qol.az
Bakı 




