• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Ankarada NATO sammiti: Nələrə qadağa qoyuldu?

DÜNYA

05 Iyun 2026 | 12:16

Ankarada NATO sammiti: Nələrə qadağa qoyuldu?

Məlum olduğu kimi, Türkiyənin paytaxtı Ankarada iyulun 7-8-də NATO Liderlər Sammiti keçiriləcək. Təbdir zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə genişmiqyaslı məhdudiyyətlər elan olunub.

Bakıvaxtı.az-ın yerli mətbuata istinadən məlumatına görə, Ankara valisi Yakup Canbolatın imzası ilə müvafiq qurumlara göndərilən rəsmi sənədə əsasən, 6-12 iyul tarixlərində bəzi rayonlarda bütün dövlət qurum və təşkilatlarının əməkdaşları icazəli (qeyri-iş günü) hesab olunacaqlar.

Lakin sammit çərçivəsində xüsusi tapşırığı olan şəxslər, həmçinin səhiyyə, təhlükəsizlik və fövqəladə hallar orqanlarının əməkdaşları bu qərardan istisna təşkil edirlər.

Qeyd olunan həftə ərzində Ankarada ümumi imtahanlar, simpoziumlar, panellər, məzuniyyət gecələri, şənliklər, konsertlər, əyləncə və bayram tədbirləri də daxil olmaqla hər cür kütləvi fəaliyyət qadağan edilib. Toy mərasimlərinin isə təhlükəsizlik qüvvələri tərəfindən "həssas zona" elan edilən ərazilər istisna olmaqla, adi qaydada keçirilə biləcəyi bildirilib.

Bu sərt tədbirlər 6 iyul 2026-cı il saat 06:00-da başlayacaq – uyulun 12-də saat 00:00-da başa çatacaq.

Valiliyin elan etdiyi məhdudiyyətlərlə yanaşı, sammit həftəsində paytaxtın bir çox magistral yollarının hərəkət üçün bağlanacağı və ictimai nəqliyyatın işində ciddi fasilələrin yaranacağı gözlənilir.

Sevinc Bağırlı

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


SON XƏBƏRLƏR

04 Iyun 2026