• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

FİFA-dan DÇ-2026 ilə bağlı sərt qadağa

İDMAN

04 Iyun 2026 | 23:05 | Müəllif: Subhan Mahmudov

FİFA-dan DÇ-2026 ilə bağlı sərt qadağa

FİFA qarşıdan gələn dünya çempionatında matçları canlı izləməyi planlaşdıran azarkeşlər üçün yeni, olduqca sərt məhdudiyyətlər tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, futbol qurumu 2026-cı il dünya çempionatında stadionlara hər hansı növ su şüşələrinin gətirilməsini rəsmən qadağan edib. Arenalara giriş qaydaları əhəmiyyətli dərəcədə sərtləşdirilib. Əvvəlki turnirlərdə azarkeşlərə tutumu 1 litrə qədər olan boş, şəffaf plastik şüşələri tribunalara aparmağa icazə verilsə də, artıq bu güzəşt tamamilə ləğv edilib.

Genişmiqyaslı qadağaya həmçinin stəkanlar, dəmir bankalar və mayelər üçün nəzərdə tutulmuş istənilən növ digər qablar da daxildir.

Qeyd edək ki, FİFA bu radikal qərarı təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026