• Bakı 23° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

25 vətəndaşımız olan gəmiyə HÜCUM EDİLDİ: Ölənlər var

SİYASƏT

05 Iyun 2026 | 13:36

25 vətəndaşımız olan gəmiyə HÜCUM EDİLDİ: Ölənlər var

Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Bakıvaxtı.az-a Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərin vurulması ilə bağlı sorğusuna cavab olaraq deyib.

    O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

    “Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

    Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.

    Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq”, - Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.

    Qeyd edək ki, 5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.


    SON XƏBƏRLƏR

    04 Iyun 2026