• Bakı 19° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Rumıniyanın yeni baş naziri bəlli oldu

DÜNYA

04 Iyun 2026 | 21:21

Rumıniyanın yeni baş naziri bəlli oldu

Rumıniya Prezidenti Nikuşor Dan Eucen Tomakı Baş nazir təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özü məlumat verib. 

"Mən hökumət qurmaq üçün Eucen Tomakı Baş nazir təyin edirəm", - deyə o bildirib.

Dövlət başçısı bildirib ki, Parlament Baş nazir İlie Boloyanın hökumətini istefaya göndərdikdən sonra koalisiya partiyaları razılığa gələ bilməyiblər, ona görə də müstəqil namizəd seçib. Danın sözlərinə görə, Tomak bu vəzifə üçün lazımi təcrübəyə və dəyərlərə malikdir.

"Mən bu missiyanı - ölkəyə vətəndaşların rifahı naminə işləyəcək peşəkar hökumət komandası təklif etməyi vicdanla qəbul edirəm", - Tomal deyib.

Yeni baş nazir əmin edib ki, onun kabineti büdcəni məsuliyyətlə idarə edəcək və öhdəliklərini yerinə yetirəcək, xalqın maraqlarını işinin mərkəzinə qoyacaq. 


SON XƏBƏRLƏR