• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İstifadəçilər “Twitter”i kütləvi şəkildə tərk edirlər

MULTİMEDİA

03 Iyul 2023 | 22:52 | Müəllif: Subhan Mahmudov

İstifadəçilər “Twitter”i kütləvi şəkildə tərk edirlər

Amerikanın mərkəzləşdirilməmiş sosial şəbəkəsi "Bluesky" istifadəçilərin "Twitter"dən kütləvi axını ilə əlaqədar yeni hesabların qeydiyyatını müvəqqəti dayandırıb.

Bakıvaxtı.az bildirir ki, İlon Maskın ödənişli "Twitter Blue" abunəsi olmayan istifadəçilər üçün yeni məhdudiyyət elan etdikdən qısa müddət sonra şəbəkə istifadəçiləri kütləvi şəkildə "Bluesky"a keçməyə başlayıb.

Söhbət sosial şəbəkədə baxmaq üçün mövcud olan yazıların sayına gündəlik limitin tətbiqindən gedir.

"Bluesky" yeni istifadəçi axınının yaratdığı texniki problemləri həll etmək üçün hesabların qeydiyyatını dayandırıb.

Qeyd edək ki, "Bluesky" 2023-cü ilin əvvəlində istifadəyə verilib və "Twitter"in analoqudur. Layihə "Twitter"in qurucusu Cek Dorsinin dəstəyi ilə hazırlanıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026