San-Fransisko sakinləri Tvitterin sahibi İlon Maskdan əikayətçidir.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İlon Maskın sosial şəbəkəsinin yeni loqosu San-Fransisko binasının yerləşdiyi məhəllədə parlaqlığına görə şikayətlərə səbəb olub və bina müfəttişlərini hərəkətə keçirməyə sövq edib.
Qeryd edək ki, İlon Mask bu yaxınlarda Tvitter sosial media platformasının adını və loqosunu X olaraq dəyişib. Daha sonra o, San-Fransiskodakı Market Street qərargahının damında nəhəng X loqosu qurub. Lakin bələdiyyə rəsmiləri və bəzi sakinlər bu görüntüdən razı deyillər. Həftə sonu insanlar nəhəng X-in parıldayan, yanıb-sönən videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar.
Ərazi sakinlərinin bələdiyyə orqanlarına şikayət etdiyi açıqlanıb. San Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd ola biləcəyini söyləyib. Qeyd olunur ki, şirkət nümayəndələri loqoya baxış keçirmək istəyən məmurların damına girişini iki dəfə əngəlləyib. Lakin Tvitter nümayəndələrindən biri loqodan müvəqqəti istifadə edildiyini bildirib.
Ay Tac















