• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qorxulan baş verdi: "Whatsapp"...

MULTİMEDİA

23 Avqust 2023 | 17:26

Qorxulan baş verdi: "Whatsapp"...

Bir həftədir əksəriyyət "WhatsApp"la bağlı problem yaşayır. Belə ki, onların hesabları bağlanır, bir neçə gün sonra açılır.

Bakıvaxtı.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti "WhatsApp"la bağlı açıqlama yayıb.

Texnobloqer Fərid Pərdəşünasın sözlərinə görə, qorxulan baş verib: "OTP kodlar ələ keçirilib. Və bu beynəlxalq SMS daşıyıcıları səviyyəsində olub. Hazırda müvafiq qurumlarla birgə araşdırma gedir".

F.Pərdəşünas ehtimal edir ki, kodları ələ keçirənlər də həmin hesablarda 2 mərhələli təsdiqi aktivləşdiriblər. Onun spzlərinə görə, aktivləşdirdikdən sonra da hesabın əsl sahibləri hesablarına daxil ola bilmir.

Texnobloqer təhlükəsizliklə bağlı çağırış edib: "Təcili şəkildə hesablarınızda 2 mərhələli təsdiqi aktivləşdirmək tələb olunur".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026